Məsud Özil azərbaycanlı azarkeşlərə müraciət edib

İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsud Özil Bakıda “Çelsi”yə qarşı Avropa liqasının finalı öncəsi azərbaycanlı azarkeşlərə müraciət ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, “Tvitter”də rəsmi səhifəsi vasitəsilə açıqlama yayan türk əsilli alman yarımmüdafiəçi həlledici oyuna qalan 7 günü səbirsizliklə gözlədiyini və Azərbaycan dilində yerli fanatlara səslənib:

“Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”.

Məsud 2018-ci il oktyabrın 4-də “Qarabağ”la Bakı olimpiya stadionunda keçirdikləri Avropa liqasının qrup mərhələsinin 2-ci tur oyunundan və paytaxt gəzintisindən fotolarını da paylaşıb. 

Həmin kateqoriyadan