- Baxış sayı: 30
- 24 İyun 2026 14:14
- Baxış sayı: 71
- İyun 23, 2026
- 0

Mayın 29-da Avropa liqasının Bakı finalında “Çelsi” və “Arsenal” komandalarının oyun öncəsi mətbuat konfransı və açıq məşqlərinin vaxtı müəyyənləşib.
Allsport.az saytı xəbər verir ki, mayın 28-də Bakı olimpiya stadionunda “Arsenal” komandasının baş məşqçisi və 2 futbolçusunun iştirakı ilə saat 17:45-də mətbuat konfransı keçiriləcək. Saat 18:30–da isə komandanın KİV üçün açıq məşqi olacaq.
“Çelsi” komandasının baş məşqçisi və 2 futbolçusunun iştirakı ilə mətbuat konfransı isə saat 20:15-də təşkil ediləcək. Saat 21:00-da komandanın mətbuat üçün açıq məşqi olacaq.
Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə biləcəklər.