Mahir Əmrəli: Bu, Avropa liqasında vurduğum ilk qoldur

“Düzünü desəm, vurduğum bu qol ilkdir. Öncələr Avropa liqasında fərqlənməmişəm. Mənim üçün fürsət qazanmaq və fərqlənmək çox vacib idi. Bugünkü qarşılaşma heç də az önəm daşımırdı”.

Allsport.az saytı xəbər verir ki, bunu millimizin futbolçusu Mahir Əmrəli deyib. Polşa “Legiya”sının 24 yaşlı hücumçusu Praqada “Slaviya” (Çex Respublikası) ilə 2:2 etdikləri görüş barədə ehtiyatlı danışıb:

“Amma hələ heç nə həll olunmayıb. Varşavada cavab oyunu var. Hər kəs 100 faiz köklənməlidir. Klubumuzda hər kəs Avropa liqasına düşməyimizi gözləyir. Uzun müddətdir, düşünürəm ki, 4 ildir qrupa düşmürük.

Buna görə də xəyalımız uğrunda mübarizə aparmalıyıq. İnanın ki, çox çətin olacaq. Cavab oyununa yaxşı hazırlaşmalı, ilk qarşılamanı və nəyi daha da yaxşılaşdıra biləcəyimizi analiz etməliyik”.

Həmin kateqoriyadan