- Baxış sayı: 30
- 02 May 2024 17:28
- Baxış sayı: 20
- May 02, 2024
- 0
Çempionlar liqasının pley-offunda debüt edən “Qarabağ” Bakıda Danimarkanın “Kopenhagen” klubunu 1:0 hesabı ilə üstələdi. Allsport.az saytı xəbər verir ki, oyunda yeganə qolun müəllifi və UEFA-ya görə matçın ən yaxşısı seçilən hücumçu Mahir Mədətovun qələbə təəssuratı belə oldu:
“Ən azı, 2 top fərqi ilə qələbə qazansaydıq, daha yaxşı olardı. Çünki 1:0 bir qədər sürüşkəndir. İstənilən halda, rəqibin adı, gücü ortadadır. Bu gün yaxşı oynadıq. Amma boşalmaq olmaz. İndi bir qədər dincəlməliyik və çempionat oyununa hazırlaşmalıyıq”.