Mahir qol vurdu, “Dinamo” sevindi

Xorvatiya “Dinamo”su çempionlar liqasının 2-ci təsnifatında cavab oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, Zaqreb klubu Qazaxıstanda “Astana”nın qonağı olub və 2:0 qalib gəlib.

Mahir Əmrəli start heyətdə meydana daxil olub. Millimizin hücumçusu 24-cü dəqiqədə fərqlənib. O, 78-ci dəqiqədə Yosip Drmiçlə əvəzlənib.

“Ağ-göylər” ilk görüşdə rəqibini 4:0 darmadağın edib – 4:0. Növbəti mərhələdə Yunanıstan AEK-i ilə qarşılaşacaq.

Həmin kateqoriyadan