Mahirin komandası rəqiblərini bildi

Bu gün Avropa liqasında yeni mövsümün qrup mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, qitənin 2-ci dərəcəli klub turnirində çıxış edən 32 komanda 8 qrupa bölünüb. Son 8 ildə ilk dəfə püşkatmada Azərbaycan klubu olmayıb. Ardıcıl 7 dəfə bu turnirin qrupunda təmsil olunan ölkəmiz bu dəfə kənarda qalıb.

Qardaş Türkiyənin 2 klubunun rəqibləri bəlli olub. “Qalatasaray” və “Fənərbağça” qrupda qarşılaşacağı komandalar müəyyənləşib.

Azərbaycan yığmasının üzvü Mahir Əmrəlinin yer aldığı “Legiya” da bu yarışda mübarizəni davam etdirir. Polşa çempionu növbəti üç rəqibinin adını bilib. Qrup mərhələsi sentyabrın 16-da başlayacaq.

“A” qrupu
“Lion” (Fransa)
“Reyncers” (Şotlandiya)
“Sparta” (Çex Respublikası)
“Bröndbü” (Danimarka)

“B” qrupu
“Monako” (Fransa)
PSV (Niderland)
“Real Sosyedad” (İspaniya)
“Şturm” (Avstriya)

“C” qrupu
“Napoli” (İtaliya)
“Lester” (İngiltərə)
“Spartak” (Moskva, Rusiya)
“Legiya” (Polşa)

“D” qrupu
“Olimpiakos” (Yunanıstan)
“Ayntraxt” (Almaniya)
“Fənərbağça” (Türkiyə)
“Antverpen” (Belçika)

“E” qrupu
“Latsio” (İtaliya)
“Lokomotiv” (Moskva, Rusiya)
“Marsel” (Fransa)
“Qalatasaray” (Türkiyə)

“F” qrupu
“Braqa” (Portuqaliya)
“Srvena Zvezda” (Serbiya)
“Lüdoqorets” (Bolqarıstan)
“Midtülland” (Danimarka)

“G” qrupu
“Bayer” (Almaniya)
“Seltik” (Şotlandiya)
“Betis” (İspaniya)
“Ferentsvaroş” (Macarıstan)

“H” qrupu
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Genk” (Belçika)
“Vest Hem” (İngiltərə)
“Rapid” (Avstriya)

Həmin kateqoriyadan