“Makkabi” və “Qarabağ”la oyundan qələbə ilə ayrılacağımıza inanıram

Avropa liqasının “İ” qrupunda ilk oyunda “Sivasspor” səfərdə “Vilyarreal”a 3:5 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Rza Çalımbəy bunu söyləyib:

“Çox gözəl oyun oldu. Seyr edənlər mütləq zövq alıblar. Müdafiədə çox böyük bəxtsizlik yaşadıq. Durumu düzətmək üçün irəli atıldıq və 3:3 etdik. Qolkiperlə stopperbir-biri ilə toqquşanda qapımızda qol gördük. Ən son buraxdığımız topda zədə üzündən 10 nəfər qaldıq.

Hələ cavab matçı da var, səbirsizliklə gözləyirik. Heyətdə çatışmayanlar öz yerlərini alacaqlar. Ümid edirəm ki, onda daha yaxşı oynayacağıq. Bu görüşü təkcə özümüz üçün deyil, həm də Türkiyə üçün oynadıq.

Futbolçulara inanıram, qarşıdakı oyunlardan xallar qazanacağıq. Qrupun qarşıdakı 2 oyunundan qələbə ilə ayrılacağımıza inanıram. Komandadan məmnun qalsam da, yenilgidən məmnun qalmadım”.

“Sivasspor” oktyabrın 29-da “Makkabi”ni, noyabrın 5-də isə “Qarabağ”ı qəbul edəcək.

Həmin kateqoriyadan