Maksim Medvedev: “Bu, tarixi bir şansdır, əldən qaçırmaq istəmirik”

Çempionlar liqasının pley-off mərhələsində “Qarabağ” evdə Danimarkanın “Kopenhagen” klubunu 1:0 hesabı ilə yendi. Allsport.az saytı xəbər verir ki, oyundan sonra kapitan Maksim Medvedev bunu dedi:

“Çox ağır oyun oldu. Rəqibin heyətində yüksək səviyyəli futbolçular vardı. Çalışdıq, yaxşı oynadıq. Rəqibi 3 gün idi təhlil edir, keçirdikləri oyunların videoyazılarına baxırdıq. Bu, tarixi bir şansdır, əldən qaçırmaq istəmirik.

Tək biz yox, bütün ölkə meydanda idi. Çempionlar liqasının himni ilk dəfə stadionumuzda səslənən zaman azarkeşlərin çıxardığı səs tüklərimizi biz-biz etdi. Onlara təşəkkür edirik. Cavab oyununda da Avropadakı azarkeşlərimizin bizə dəstək olacağına inanırıq. Bilet məsələsində onlara kömək olacağına inanıram”.

Həmin kateqoriyadan