- Baxış sayı: 58
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransanın “Monako” klubuna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Müdafiəçi olduğum üçün üzərimə düşən vəzifə rəqibin hücumlarını zərərsizləşdirməkdir. “Monako”nun ən təhlükəli futbolçularından biri Stefan Əl-Şaaravidir. Onunla bu mövsüm meydanda 3 dəfə qarşılaşmışam. Təhlükəli forvarddır. Hesab cəmdə rəqibin xeyrinədir. Hamımız səylərimizi birləşdirib, “Monako”nu Bakıda üstələməliyik”.