Maksim Medvedev: “Peşəkar oyunçu belə şeyə görə gileylənmir”

Millətlər liqasının 1-ci turunda Lüksemburqu qəbul edəcək millimizin kapitanı Maksim Medvedev mətbuat konfransında oyun öncəsi fikrini bildirib. Allsport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi sıx qrafikin çətinlik yaratmayacağını deyib:

“Qarabağ”da qrafik sıxdır. Hazırda millidəyəm. Burada durum qaydasındadır. Artıq 30 yaşım var, kifayət qədər təcrübəliyəm. Hesab edirəm ki, sıx qrafiklə çalışmaqda çətinlik olmayacaq.

Baş məşqçinin futbolçuları həddən artıq yükləməsi xəbəri doğru deyil. Peşəkar oyunçu heç vaxt belə şeyə görə gileylənmir. Anlamırıq ki, bu xəbər harada yayılıb. Lüksemburq yığması ilə görüşə hazırıq”.

Həmin kateqoriyadan