“”Mançester Siti” ilə müqayisədə cüzi üstünlüyümüz var”

“Real”ın baş məşqçisi Karlo Ançelotti çempionlar liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə ilk oyununa bir həftə qalmış komandasının üstünlüyünün nə olduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, o, gedişatdan razı olduğunu bildirib:

“Bu, müasir futboldur. Cədvəlimizi çox bəyənirəm. Hazırlaşmaq üçün daha çox günlərimiz var. Bu aspektdə “Mançester Siti” ilə müqayisədə cüzi üstünlüyümüz var”.

“Real”, “Mançester Siti” ilə oyundan əvvəl (9 aprel) heç bir oyun keçirməyəcək.

Həmin kateqoriyadan