- Baxış sayı: 6
- 03 Noyabr 2026 19:05
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İngiltərə Premyer Liqasının 34-cü turunun təxirə salınmış matçında “Mançester Siti” səfərdə “Tottenhem”ə qalib gəlib.
Allsport.az xəbər verir ki, ikinci hissənin əvvəlində “şəhərlilər” hesabı açıblar – hücumçu Erlinq Holand fərqlənib. Və sonda Holand penaltini qola çevirərək dubl edib. Nəticədə 2:0 – “Mançester Siti” çempionatın bitməsinə bir tur qalmış “Arsenal”ı iki xal qabaqlayaraq premyer liqada liderliyə yüksəlib.