- Baxış sayı: 36
- 06 May 2026 11:59
- Baxış sayı: 83
- May 05, 2026
- 0

“Real Madrid” gələn mövsüm üçün yarımmüdafiəsini gücləndirmək məqsədilə “Mançester Siti”nin ulduzu Rodrini hədəf alıb.
Allsport.az xəbər verir ki, Madrid klubu zədədən yeni dönən ispaniyalı futbolçunun fiziki durumunu yaxından izləyir.
“Real”ın əsas hədəfi Vitinya (PSJ) olsa da, onun transferinin çətinliyi Rodrini ön plana çıxarır. Hazırkı müqaviləsi 2027-ci ildə başa çatan Rodri hələlik “Siti”nin yeni təklifinə imza atmayıb.
Pep Qvardiolanın klubdakı qeyri-müəyyən gələcəyi də Rodrinin İspaniyaya qayıtmaq ehtimalını gücləndirən amillər sırasındadır.