“Marsel”i lə oyuna görə “Qarabağ” Fransada problem yaşamayacaq

“Qarabağ”dan konfrans liqasının pley-ofunda “Marsel” ilə oyuna yollanacaq bütün futbolçularından koronavirus əleyhinə peyvəndin hər 2 dozası tələb olunacaq. Allsport.az saytı xəbər verir ki, ölkə prezidenti Emmanuel Makron vaksinasiyanın bütün peşəkar idmançılar üçün məcburi olacağını açıqlayıb.

Yeni qayda 2022-ci il yanvarın 15-dən tətbiq olunmağa başlayacaq. “Marsel”in heyətində futbolçuların 95 faizi peyvənd olunduğundan, bu qərar elə ciddi narahatlıq yaratmayacaq. Elə Ağdam klubu da peyvəndləndmədə yüksək göstəriciyə malikdir. 

Bu komandalar arasında ilk görüş fevralın 17-də “Veledrom” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan