“Marsel”in baş məşqçisi: “Qarabağ”a qeyri-ciddi yanaşmaq fikrimiz yoxdur

“Marsel”in baş məşqçisi Xorxe Sampaoli, konfrans liqasının pley-ofunda “Qarabağ” oyun barədə danışıb. Allsport.az saytı xəbər verir ki, 61 yaşlı argentinalı mütəxəssis Fransa 1-ci divizionunda yüksək yerlər uğrunda mübarizəyə rəğmən, avrokuboka da ciddi yanaşdıqlarını söyləyib:

“Mövsümə yaxşı başladıq, həm liqa 1-də, həm də avrokuboklarda iddiamızı davam etdiririk. Konfrans liqası bu ildən yaradılmasına baxmayaraq, yüksək səviyyəli komandalar burada çıxış edir.

Bu turnirə qeyri-ciddi yanaşmaq fikrimiz yoxdur. Bu, eyni zamanda Avropa arenasında böyük klublarla qarşılaşmaq üçün fürsətdir. Hədəfimiz Konfrans liqasını qazanmaq, bunu azarkeşlərə hədiyyə etməkdir”.

“Marsel” və “Qarabağ” arasında ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə 24-də Bakıda keçiriləcək.

Həmin kateqoriyadan