“Marsel”in prezidenti: “Qarabağ” təcrübəli klubdur

“”Qarabağ” son illərdə avrokuboklarda iştirak etdiyi üçün təcrübəsi olan klubdur. Avrokubok matçları həmişə detallar üzrə oynanılır. Maraqlı oyun olacaq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Marsel”in prezidenti Pablo Lonqoriya konfrans liqasının pley-ofunda “Qarabağ”a rəqib olmalarına münasibət bildirərkən deyib. Onun bildirdiyinə görə,  
“Qarabağ” keçmiş sovet respublikalarında tətbiq olunan qış fasiləsi ilə əlaqədar fevralın 7-də mübarizəni bərpa edəcək.

“Onlar bu mövsüm konfrans liqasında yaxşı çıxış ediblər. “Bazel”ə 0:3 hesabıyla uduzduqları son matçı, eyni zamanda mübahisəli sayılmayan qolu da gördük. Hansı ki, həmin qol bu matçda dinamikanı dəyişə bilərdi. Bakıda çətinliklər yaşayan bəzi Avropa komandalarını xatırlayıram”.
 

Həmin kateqoriyadan