“Matç kubok oyunu ilə eyni ssenaridə keçdi”

Allsport.az xəbər verir ki, premyer liqanın XXII turunun “Qarabağ” – “Sabah” oyunundan (3:3) sonra “bayquşlar”ın məşqçisi Ruslan Qafitull oyun barəsində fikirlərini səsləndirib:

“Maraqlı qarşılaşma alındı. Matç kubok oyunu ilə eyni ssenaridə keçdi. Rəqibi birinci, ikinci zonada qarşılayıb, əks hücumlardan fərqlənməyə çalışırdıq.

“Qarabağ” kimi rəqibə qarşı oynamaq üçün meydanda potensialının 99 yox, 100 faizini qoymalısan. Tək müdafiədə yox, həmçinin də hücumda diqqətli oyun sərgiləmək lazımdır”.

Həmin kateqoriyadan