Maykl Essyen “Səbail”in qonağı olub

Mayın 29-da Bakı olimpiya stadionunda Avropa liqasının finalına hazırlıq kampaniyası çərçivəsində paytaxtda təşkil olunmuş “Bakı 2019: Ulduzlar finalı” adlı şou xarakterli oyunla əlaqədar ölkəmizə səfər edən ulduz futbolçulardan biri – Maykl Essyen bu gün “Səbail”in qonağı olub.

Allsport.az saytı xəbər verir ki, o, “Bayıl Arena”da “dənizçilər”in məşqçi və futbolçu heyəti ilə görüşüb, klubun akademiyasının fəaliyyəti ilə tanış olub. “Səbail”in forması ulduz futbolçuya hədiyyə olunub.

Görüşün sonunda Maykl Esyen dəvətə görə təşəkkürünü bildirərək klubun kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Həmin kateqoriyadan