- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Real Madrid”in hücumçusu Kilyan Mbappe dizindəki narahatlıq səbəbindən İspaniya la liqasının şənbə günü keçiriləcək “Levante” ilə oyununu buraxmalı olacaq.
Allsport.az xəbər verir ki, fransalı ulduz cümə axşamı məşqlərə qayıtsa da, sol dizindəki zədənin ağırlaşmaması üçün riskə girməmək qərarına gəlib.
Bu zədə səbəbindən o, İspaniya kral kubokunun 1/8 finalında “Albasete”yə (2:3) qarşı matçı buraxmış, superkubokun finalında “Barselona”ya (2:3) qarşı isə yalnız 76-cı dəqiqədə meydana daxil olmuşdu.