- Baxış sayı: 127
- 08 May 2026 23:17
- Baxış sayı: 146
- May 08, 2026
- 0

“Kayrat”ın qapıçısı Şirxan Kalmurza çempionlar liqasının 2-ci turunda “Real”la keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
Allsport.az xəbər verir ki, o, bu matçın çətin keçəcəyini söyləyib:
“Bu, böyük məsuliyyətli oyun olacaq. Bütün ölkə bizi izləyəcək, hətta deyə bilərəm ki, MDB ölkələri bizə azarkeşlik edəcək.
İnanıram ki, rəqibin böyük klub olmağına baxmayaraq, öz oyunumuzu göstərməli və hamıya kim olduğumuzu, Qazaxıstanın böyük istedada sahib olduğunu göstərə biləcəyik”,
“Kayrat” – “Real Madrid” oyunu sentyabrın 30-da Almatıdakı mərkəzi stadionunda keçiriləcək.