Medvedev ilk 3-lükdə

“Qarabağ”ın kapitanı Maksim Medvedev konfrans liqasının qrup mərhələsində ən çox top qazanan futbolçuların siyahısında yer alıb.
Allsport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi turnirdəki iki oyunda 20 dəfə buna müvəffəq olub. Medvedev bu göstəriciyə görə 3-cü pillədə qərarlaşıb.
1-ci yerdə Çexiyanın “Yablonets” komandasından Yaroslav Zeleni (24), 2-ci sırada isə İsrailin “Makkabi” (Təl-Əviv) komandasından Luis Ernandes (22) yer alıblar.
İlk turda Bakıda İsveçrənin “Bazel” komandası ilə qolsuz heç-heçə edən “Qarabağ” 2-ci turda Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan