- Baxış sayı: 13
- 16 İyul 2026 22:22
- Baxış sayı: 391
- İyul 15, 2026
- 0

Argentina millisinin DÇ-2026-nın finalına yüksəlməsindən sonra Lionel Messi dünya futbolu tarixini yenidən yazmağa davam edir.
Allsport.az xəbər verir ki, 39 yaşlı hücumçu mundialın finalına üç dəfə yüksəlməyi bacaran tarixdəki altıncı futbolçu olub.
Bundan əvvəl belə bir nailiyyəti Pele, Kafu, Ronaldo, Pyer Littbarski və Lotar Matteus əldə etmişdilər.
Bundan başqa, Messi 1970-ci ildən bəri bir dünya çempionatında 12 məhsuldar hərəkətə imza atan ilk oyunçu olub. Argentina millisinin kapitanı ABŞ, Kanada və Meksikada keçirilən turnirdə aktivinə 10 qol və 2 məhsuldar ötürmə yazdırıb.
Sonuncu dəfə belə bir məhsuldarlığı 1970-ci il mundialında 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Almaniya millisinin əfsanəvi hücumçusu Gerd Müller nümayiş etdirmişdi.