Metro 01:00-a qədər işləyəcək

Fevralın 16-da konfrans liqasının 1/16 finalında Belçika “Gent”i ilə oyununun gec başa çatacağını nəzərə alan “Qarabağ” klubu, “Bakı Metropoliteni”nə müraciət edib.

Allsport.az saytı xəbər verir ki, qarşı tərəf müraciətə müsbət cavab verib. Matç günü fevralın 16-dan 17-ə keçən gecə metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmin kateqoriyadan