- Baxış sayı: 36
- 24 Mart 2023 19:13
- Baxış sayı: 25
- Mart 24, 2023
- 0
Bu gün Avropa liqasının qrup mərhələsində “Qarabağ” – “Düdelanj” oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.
Allsport.az saytı xəbər verir ki, görüşü arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin “Gənclik” stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.
Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq. Tofiq Bəhramov adına respublika stadionunda matç saat 21:55-də başlayacaq.