- Baxış sayı: 48
- 10 Sentyabr 2026 23:51
- Baxış sayı: 380
- Sentyabr 08, 2026
- 0

“Fənərbağça”nın futbolçusu Milan Şkrinyar çempionlar liqasında bu gün “Roma”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, slovakiyalı müdafiəçi qələbə üçün meydana çıxacaqlarını deyib:
“Roma”nın güclü heyəti var. Dibala, Malen çox keyfiyyətli oyunçulardır. Bizi necə komandanın gözlədiyini bilirik. Həm hücumda, həm müdafiədə kompakt olmalıyıq. Meydana qələbə üçün çıxacağıq”.
“Fənərbağça” – “Roma” oyununa saat 20:45-də start veriləcək.