“Meydanda ən yaxşısını etməyə çalışacağıq”

“Çox maraqlı komandaya qarşı oynayırıq. Hazırlığımız davam edir. Rəqibin geniş heyəti var. Fərdi olaraq ustalıq səviyyəsi yüksək olan oyunçuları var. Kollektivə oyuna çox üstünlük verirlər”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov konfrans liqasının 3-cü ələməsində AEL-lə qarşı ilk oyun öncəsi mətbuat konfransında deyib. O, Limassola arxayın yollandırlarını söyləyib:

“Mənim üçün belə komandalara qarşı oynamaq çox maraqlı olub. Çünki bu oyunda daha çox düşünmək, daha çox diqqətli olmaq lazımdır, futbolçular daha çox məsuliyyətli olmalıdır. Bu günlərdə rəqibin oyunundakı hər bir detalı, oyunçusu haqda məlumatı futbolçularımıza çatdırmağa çalışdıq. Oyuna futbolçular tam hazırdır. Meydanda ən yaxşısını etməyə çalışacağıq.

Sabah həm Qasparın, həm də Riçardın oynamaq ehtimalı var. Çünki hər iki oyunçunun sənədləri UEFA-ya göstərilib. Sadəcə, Almeydanın hazırlığı daha yaxşıdır, nəinki Qasparın. Onun hələ vaxtı var. Əgər fiziki durumu yaxşı olsa, məşqçilərlə, həkimlərlə məsləhət edəcəyik”.

Həmin kateqoriyadan