Miçel “Qarabağ”la müqaviləni 2 il uzadıb

“Qarabağ” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, klub sözləşməsi başa çatan yarımmüdafiəçi Migel Markos Madeyrayla (Miçel) yeni müqavilə imzalayıb. İspaniyalı yarımmüdafiəçi daha iki il komandamızın formasını geyinəcək. Dünən Bakıya gələn futbolçumuz bu gündən etibarən məşqlərə qoşulacaq.

31 yaşlı yarımmüdafiəçi 2015-ci ilin yayında komandamıza transfer olunub və komandamızın heyətində 71 oyuna( 49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) çıxıb, bu qarşılaşmalarda 15 qolla ( 8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) yadda qalıb.

Xatırladaq ki, komandamız bir müddət öncə Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə yeni müqavilə imzalamışdı.

Həmin kateqoriyadan