- Baxış sayı: 40
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 137
- Sentyabr 23, 2026
- 0

Çex Respublikasının “Slovan” klubu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyun öncəsi ciddi itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, ötən gün ölkə çempionatında “Yablonets”lə matçda 0:3 hesablı məğlubiyyət azmış kimi, Liberets təmsilçisi əsas qol silahı Milan Baroşu da itirib.
Zədələnən 35 yaşlı hücumçunun nə vaxt sıraya dönəcəyi bilinmir. Ehtimal olunur ki, o, “Qarabağ”la görüşdə komandasına kömək edə blməsin. Bu kollektivlər arasında oyun noyabrın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.