“Milan” İtaliya rekordunu təkrarlayıb

Allsport.az xəbər verir ki, “Milan” çempionlar liqasının 1/4 finalında “Napoli”ni ümumilikdə 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

İlk oyun Milanda keçirilib və yerli komandanın minimal hesablı qələbəsi (1:0) ilə başa çatıb. Neapolda keçirilən cavab qarşılaşmasında heç-heçə qeydə alınıb – 1:1.

“Qırmızı-qaralar” tarixdə 7-ci dəfə bu turnirin yarımfinalına yüksəlib. Belə uğur qazanmaqla onlar İtaliya rekordunu təkrarlayıblar. “Milan”dan başqa, “Yuventus” 1992/1993 mövsümündən bəri keçirilən ÇL-də 7 dəfə yarımfinala adlamağı bacarıb.

“Milan”ın yarımfinaldakı rəqibi “Benfika” (Portuqaliya) – “İnter” (İtaliya) qarşılaşmasının qalibi olacaq. İlk görüşdə “İnter” səfərdə 2:0 hesablı qələbə qazanıb.

Həmin kateqoriyadan