- Baxış sayı: 30
- 21 İyul 2026 20:25
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Luka Modriç karyerasını daha bir mövsüm “Milan”da davam etdirməyə yaxındır.
Allsport.az xəbər verir ki, tərəflər müqavilənin daha bir il uzadılması ilə bağlı razılığa çox yaxındırlar.
Modriç 2025-ci ilin yayında azad agent kimi “Real”dan ayrılaraq “Milan”a keçib. O, İtaliya klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Təcrübəli futbolçu ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.
Xorvatiyalı yarımmüdafiəçinin sentyabrda 41 yaşı tamam olacaq.
Modriç peşəkar karyerası ərzində “Dinamo” (Zaqreb), “Zrinski Mostar”, “İnter Zapreşiç”, “Tottenhem”, “Real Madrid” və “Milan”ın formasını geyinib.