Millətlər liqasının qalibi

Millətlər liqasının qalibi

Bu gün millətlər liqasının qalibi müəyyənləşib.

Allsport.az xəbər verir ki, həlledici oyunda İspaniya və Fransa milliləri qarşılaşıb. Milandakı “san siro” stadionunda keçirilən görüşdə Fransa rəqibinə qalib gəlib – 2:1. Bununla da komanda millətlər liqasının qalibi olub. 

Həmçinin bu gün İtaliya və Belçika yığmaları üçüncü yer uğrunda üz-üzə gəlib. İtaliya rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Komanda turnirin 3-cüsü olub. 

10 oktyabr

UEFA millətlər liqası, final mərhələsi

Final

22:45. İspaniya – Fransa – 1:2

Qollar: Oyarzabal, 64 – Benzema, 66. Mbappe, 80.

Baş hakim: Entoni Teylor (İngiltərə)

Üçüncü yer uğrunda görüş

17:00. İtaliya – Belçika – 2:1

Qollar: Barella, 46 (1:0), Berrardi, 65 pen. (2:0), De Ketelare, 86 (2:1)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Həmin kateqoriyadan