- Baxış sayı: 18
- 06 Avqust 2026 14:08
- Baxış sayı: 178
- Avqust 05, 2026
- 0

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro komanda haqqında çoxlu yalan məlumatların yayıldığını bildirib.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis bunun əcnəbi məşqçi olması ilə əlaqəli ola biləcəyini söyləyib.
Kannavaro milli komandanın daxilində məlumatları kənara ötürən şəxsin olduğunu da istisna etməyib:
“Bəziləri çoxlu yalan məlumat yayırdı. Ola bilsin, bu, mənim əcnəbi məşqçi olmağımla bağlıdır. Tətbiq etdiyimiz qaydaları mən hazırlamamışam. Bunlar Avropa standartlarıdır. Yalan məlumatların niyə yayıldığını başa düşmürəm.
Əvvəlki baş məşqçi çox yaxşı yerli mütəxəssis idi və uğurlu nəticələr qazanmışdı. Amma bu, məni tənqid etmək üçün səbəb ola bilməz. Bu məsələyə aydınlıq gətirməli idim. Ola bilsin, milli komandada ‘siçovul’ olduğu üçün çoxlu yalan məlumat yayılıb”.
Özbəkistan millisi DÇ-2026-da keçirdiyi hər üç oyunda məğlub olub. Komanda Kolumbiyaya 1:3, Portuqaliyaya 0:5, Konqo Demokratik Respublikasına isə 1:3 hesabı ilə uduzub.