- Baxış sayı: 22
- 06 Avqust 2026 23:53
- Baxış sayı: 186
- Avqust 05, 2026
- 0

Uruqvay yığmasında baş məşqçi postuna müvəqqəti təyinat baş tutub.
Allsport.az xəbər verir ki, komandanın sükanı təcrübəli mütəxəssis Dieqo Forlana tapşırılıb.
“Mançester Yunayted”in keçmiş hücumçusu bu vəzifədə Marselo Byelsanı əvəzləyib. Təcrübəli mütəxəssis DÇ-2026-nın qrup mərhələsindəki uğursuz çıxışdan sonra komandadan ayrılmışdı.
47 yaşlı Forlan payızda keçiriləcək yoldaşlıq görüşlərində komandaya rəhbərlik edəcək. Gələn il isə yığmaya daimi baş məşqçi təyin olunacaq. O həmçinin, Uruqvayın U-20 milli komandasında da baş məşqçi funksiyasını yerinə yetirəcək.