- Baxış sayı: 32
- 03 Noyabr 2026 19:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Noyabrın 25-dən 27-dək Bakıda, noyabrın 28-dən dekabrın 3-dək isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
Allsport.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində noyabrın 30-da və dekabrın 2-də BƏƏ-nin U-16 komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.
Hazırlıq prosesinə 24 futbolçu dəvət olunsa da, 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.