- Baxış sayı: 40
- 20 Sentyabr 2026 14:44
- Baxış sayı: 174
- Sentyabr 17, 2026
- 0

Çimərlik futbolu üzrə Azərbaycan millisi Batumidə keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin qalibi olub.
Allsport.az xəbər verir ki, millimiz finalda Latviya yığmasını 4:0 hesabı ilə məğlub edərək, “B” liqasını çempion kimi tamamlayıb.
Komandamızın heyətində Elşad Manafov 2, Orxan Məmmədov və Ramil Əliyev isə hərəyə 1 qol vurublar.
Millimiz eyni zamanda qitə birinciliyinin “A” liqasına yüksələrək növbəti mövsümdən Avropanın ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.
Bundan başqa, Elçin Qasımov turnirin ən yaxşı qapıçısı, Sahib Məmmədov isə ən yaxşı oyunçusu seçilib