Millimizdən biabırçı statistika

Azərbaycan yığması millətlər liqasının 1-ci turunda evdə Lüksemburqa 1:2 hesabı ilə məğlub oldu. Allsport.az qarşılaşmanın statistikasını təqdim edir:

Azərbaycan 2, Lüksemburq isə 19 dəfə qapıya zərbə endirib. Yığmamızın 2 zərbəsində 1-i qolla nəticələnib.

“Cırtanlar”ın 19 zərbəsindən 7-si çərçivəyə ünvanlanıb və 2-si qolla nəticələnib. Qonaqların 5 zərbəsi qeyri-dəqiq alınıb, 7 cəhdə isə blok qoyulub.

Künc zərbələrində də rəqib millimizdən üstün olub – 0:9.

Azərbaycan – Lüksemburq – 1:2
Zərbələr – 2:19
Qapıya ünvanlanan – 2:7
Qeyri-dəqiq – 0:5
Blok qoyulan zərbələr – 0:7
Künc zərbələri – 0:9
Topa yiyələnmə – 37 % 63
Ötürmələr – 298:569
Dəqiq ötürmələr – 216:494 (72 % 87)
Qaytarılan toplar – 34:30
Bloklar – 7:0
Sarı vərəqələr – 3:0
Qırmızı vərəqələ – 1:0
Qayda pozuntular – 19:13.

Həmin kateqoriyadan