Millimizin forvardı üçün yeni baş məşqçi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Cihan Özqaranın çıxış etdiyi “Sivasspor”un yeni baş məşqçisi bəlli olub. Allsport.az xəbər verir ki, sivaslılar mövsümə böyük ehtimalla Sərgən Yalçınla davam edəcəklər.

“TRT Spor” kanalında futbol şərhçisi kimi fəaliyyət göstərən 42 yaşlı mütəxəssis bu barədə açıqlama verib: ”Mövsüm əvvəlindən belə bir düşüncəm var. Keçən il məşqçilikdən zövq ala bilmədim. “Sivasspor”dan çox ciddi təklif gəlib. Klubun prezidenti Məcnun Odyanmazla prinsipcə razılığa gəlmişik. Bir neçə xırda detal qalıb. Onlar həll olunsa, sabah işə başlayacam”.

Yerli mətbuatın yazdığına görə, tərəflər ən qısa zamanda rəsmi müqavilə imzalayacaqlar. Qeyd edək ki, Yalçın bu postda Roberto Karlosu əvəz edəcək.

Həmin kateqoriyadan