Millimizin Fransa ilə oyunu türkiyəli hakimə həvalə olundu

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Fransa oyununun hakimləri açıqlanıb. Allsport .az xəbər verir ki, sentyabrın 7-də saat 21:00-da Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq oyunun baş hakimi türkiyəli FIFA referisi Halis Özkahya olacaq.

Ona yerliləri Kərəm Ərsoy və Sərkan Olğuncan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alpər Ulusoy yerinə yetirəcək.

Hakim-inspektor Auqustus Konstantin (Rumıniya), UEFA nümayəndəsi Mətin Kazancıoğlu (Türkiyə) olacaqlar.

Həmin kateqoriyadan