- Baxış sayı: 76
- 10 Noyabr 2026 12:48
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

İspaniya Sequndasında 6-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Kadis” evdə “Numansiya” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0. Yarımmüdafiəçimiz start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. O, matçın 40-cı dəqiqəsində sarı vərəqə də alıb.
“Kadis” 6 turdan sonra 8 xalla 22 klub arasında 8-ci pillədədir.