- Baxış sayı: 167
- 28 Sentyabr 2023 21:24
- Baxış sayı: 165
- Sentyabr 29, 2023
- 0
Qadın voleybol millimiz Qızıl Avropa liqasının 2-ci oyununda evdə finlandiyalı həmkarlarına 1:3 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra kapitan Ayşən Abduləzimova bunu deyib:
“Oyuna pis başladıq, amma 3-cü hissədə toparlanıb qalib gəldik. Düşünürəm ki, ispanlarla oyundan indi daha yaxşı oynadıq. Oyunumuz haqqında deyə bilərəm ki, çox səhvə yol verdik.
Rəqibimiz sürətli hücum edirdi buna görədə blokda istədiyimiz kimi oynaya bilmədik. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı oyun göstərəcəyik”.