Millimiz və “Qarabağ” ev oyunlarını müvəqqəti yurd dışında keçirəcək

“Ay-ulduzlular”ımızın və Avropa liqasında təmsilçimiz “Qarabağ”ın ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə UEFA tərəfindən qərar qəbul olunub. Allsport.az saytı xəbər verir ki, ali qurumun rəsmi veb səhifəsində bu yazılıb:

“Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alan icraiyyə komitəsi klub və milli komandalar səviyyəsindəki oyunların növbəti qərar qəbul edilən dövrə qədər Azərbaycan və Ermənistanda keçirilməməsinə qərar verib.

Sentyabr ayının sonlarında başlayan bu vəziyyətin inkişafını diqqətlə izlədikdən sonra bir Avropa liqası pley-off oyunu və 2 millətlər liqası matçının alternativ ölkədə keçirilməsinə qərar verilib. Çünki hazırda bu ölkələrdə UEFA yarışlarının keçirilməsi şərtləri yerinə yetirilmir.

Ermənistan və Azərbaycan futbol federasiyaları assosiasiyasından UEFA bayrağı altında keçiriləcək növbəti ev oyunları üçün alternativ məkanlar təklif etməsi istəniləcək.

Bölgədəki vəziyyət izləniləcək. İcraiyyə komitəsinin verdiyi qərar gələn ilin iyun ayında AÇ-2020 matçlarının Bakıda keçirilməsi üçün davam edən planlaşdırmaya təsir göstərmir.

“Qarabağ” qitə liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına respublika stadionunda İspaniya “Vilyarreal”ına qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu noyabrın 14-də Qaradağla Bakı olimpiya stadionunda nəzərdə tutulmuşdu.

Həmin kateqoriyadan