Millinin futbolçusu: Həm maddi, həm də digər şərtlərdə razılığa gəldik

“Qəbələ”nin kapitanı Cavid Hüseynov klubunu dəyişib. Allsport.az saytı xəbər verir ki, o, bundan sonra “Zirə”nin uğuru üçün çalışacaq. Yarımmüdafiəçi keçidi ilə bağlı bunu deyib:

“Zirə” rəhbərliyi və baş məşqçi Samir Abbasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq. Fikir mübadiləsindən sonra hər şey məni qane etdi.

Həm maddi, həm də digər şərtlərdə razılığa gəldik. Beləliklə bu gün müqavilə bağladıq, “Zirə” ilə müqavilə imzaladığıma görə şadam”.

Həmin kateqoriyadan