Mirhüseyn Seyidovun yubiley qolu

Avropa liqasının 2-ci ələməsində Lüksemburqun “Fola” komandası ilə ilk matç Bakı “İnter”inin avrokubokda keçirdiyi 31-ci cəhd olub. Allsport.az saytı xəbər verir ki, “ağlar” bu görüşdə 14-cü qələbəsini qazandılar. Digər 17 qarşılaşmadan 9-u bərabərliklə nəticələnibsə, 7-də də rəqiblər qalib gəlib.

Mirhüseyn Seyidovun vurduğu yeganə top isə “göylər”in vurduğu 40-cı qol kimi tarixə düşüb. Yarımmüdafiəçi həmçinin, avrokuboklarda qol sayını 2-yə çatdırıb. O, ilk dəfə 2014-cü ildə məhz bu yarışın 2-ci təsnifat mərhələsində “Neftçi”nin heyətində səfərdə Sloveniya “Koper”ini məyus edib.

“İnter”in uğuru həm də klublarmızın avrokuboklarda Luksemburq təmsilçiləri üzərində 5-ci görüşdə 4-cü qələbəsidir. Daha əvvəl ötən mövsüm ÇL-də “Qarabağ” “Düdelanj”ı (2:0, 1:1), cari mövsüm isə “Zirə” “Differdanj”ı (2:0, 2:1) üstələmişdi.

Həmin kateqoriyadan