- Baxış sayı: 10
- 03 Noyabr 2026 19:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Mançester Siti” qış transfer pəncərəsində ilk keçidini rəsmiləşdirməyə yaxındır.
Allsport.az xəbər verir ki, “şəhərlilər” “Ayntraxt”ın hücumçusu Ömər Marmuşla şəxsi razılıq əldə edib. Hazırda premyer liqa və bundesliqa təmsilçilərinin rəhbər şəxsləri keçidin məbləğini razılaşdırmaq üçün danışıqlar aparırlar.
Misirli futbolçu ilə “Arsenal”, “Liverpul” və “Tottenhem” də maraqlanır.
Marmuş cari mövsüm ərzində 24 oyunda iştirak edib, 18 qol vurub və 11 məhsuldar ötürmə edib.