- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Real”ın hücumçusu Kilian Mbappe gələcəkdə MLS-də oynamaq ehtimalını istisna etməyib. Allsport.az saytı xəbər verir ki, Fransa millisinin öndəri “İnter Mayami”nin sahibi Devid Bekhemin ona dəfələrlə ABŞ-a köçməyi təklif etdiyini deyib:
“Bir gün MLS-də oynamaq? Bilmirəm… Devid Bekhem mənə bu barədə dəfələrlə danışıb. Görəcəyik, bilmirəm. Mən Amerika mədəniyyətini sevirəm – iddianın həddi yoxdur”.
27 yaşlı Mbappenin Madrid klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir.