“MLS-də hər şey fərqlidir”

Amerika futbolunun əfsanəsi Ceyson Kelce şimali Amerikanın MLS liqasının səviyyəsini tənqid edərək, Lionel Messinin “İnter Mayami”dəki oyununu çox qiymətləndirmək lazım olmadığını qeyd edib.

Allsport.az xəbər verir ki, o, liqanı tənqid edib:

“MLS-də hər şey fərqlidir. Bu, xarici futbol deyil. İnsanlar futboldan danışanda onların ağlına MLS deyil, xaricdəki bütün bu böyük klublar, dünya çempionatı gəlir. Mən demirəm ki, MLS oyunlarına baxmaq istəmirəm, bu, sadəcə başqa səviyyədir. Messinin Mayamidə oynadığını görmək onun “Barselona”da və ya dünya çempionatında oynaması ilə eyni deyil. Maykl Cordanı qolf meydançasında görmək onu “Çikaqo Bulls” forması ilə görməklə eyni deyil.

Həmin kateqoriyadan