Modriç türk azarkeşlərlə bağlı paylaşım edib

Modriç türk azarkeşlərlə bağlı paylaşım edib

Xorvatiya milli komandasının kapitanı Luka Modriç türk azarkeşlərə dəstəklərinə görə təşəkkür edib.

Allsport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Bursada keçirilən Türkiyə – Xorvatiya matçının (0:2) 84-cü dəqiqəsində türk azarkeşlərin alqışlarına tuş gəlib. O, sosial media paylaşımında bu alqışları təşəkkürlə cavablandırıb.

Oyundan sonra Xorvatiyanın baş məşqçisi Zalto Daliç matçla bağlı belə deyib: 

“Modriçə dəyərli oyununa, azarkeşlərə isə Modriçə olan hörmətinə görə təşəkkür edirəm. Türkiyə xalqı bizi çox yaxşı qarşıladı. Hər kəsə çox təşəkkür edirəm”. 

Həmin kateqoriyadan