- Baxış sayı: 39
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç gələcəyi ilə bağlı qərarın artıq verildiyini bildirib.
Allsport.az xəbər verir ki, hazırkı müqavilə mövsümün sonunda başa çatır. Daha əvvəl məlum olmuşdu ki, 38 yaşlı xorvatiyalı yeni anlaşma xatirinə maaşını azaltmağa razılaşıb. Müqavilənin “Borussiya” ilə çempionlar liqasının finalından dərhal sonra (1 iyun) imzalanacağı gözlənilir.
“Gələcəyimlə bağlı qərar verilib, amma hələlik bu barədə sizə məlumat verə bilmərəm. Mən həmişə demişəm ki, karyeramı “Real Madrid”də bitirmək istəyirəm, həqiqətən də bunu istəyirəm. Bu mənim arzum, bu mənim evim, həyatımın klubudur. Toni Kros kimi vidalaşmaq istəyirəm”, – jurnalist Fabrizio Romano Modriçdən sitat gətirir.