“Molde”nin baş məşqçisi: “Qarabağ”ın bizi öndə sıxacağını bilirdik

Bu gün “Molde” Avropa liqasının “H” qrupunun ilk turunda Tofiq Bəhramov adına respublika stadionunda “Qarabağ”a 0:1 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Erlinq Moe bunu dedi:

“Rəqinin hücum futbol oynayacağını, bizi öndə sıxacaqlarını bilirdik. Oyunu adətən arxadan qururuq. Məncə, düz edirik. Uzun toplarla irəlidə təhlükəli olmağa çalışırıq. Evdə daha yaxşı çıxış edəcəyimizə inanıram. Etiraf edim ki, Bakıda yaxşı oynamadıq”.

Həmin kateqoriyadan