Mövsümdə 5-ci dəfə

Azərbaycan premyer liqasının XXII turunda 15 qol vurulub.

Allsport.az xəbər verir ki, “Qarabağ” – “Sabah” (3:3), “Kəpəz” – “Səbail” (1:4), “Turan Tovuz” – “Qəbələ” (2:1) və “Araz-Naxçıvan” – “Neftçi” (1:0) oyunlarında qol qeydə alınıbsa, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.

5 görüşdə orta hesabla 3,00 qol vurulub. 2023/24 mövsümündə 5-ci dəfə bu göstərici ən azı 3-ə bərabər olub.

Rekord X və XVI turlarda gerçəkləşib. Həmin vaxt 19 qol qeydə alınıb. Premyer liqa klubları XII turda 16, I turda isə 15 dəfə fərqləniblər.

Həmin kateqoriyadan